Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 21:40
İsraildə son sutkada 10 947 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Koronavirusa yoluxan 24 xəstə dünyasını dəyişib. Bildirilib ki, bu, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından bəri ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.
Beləliklə, təxminən 9,3 milyon əhalisi olan İsraildə ümumi yoluxma hallarının sayı 1 milyon 66 mini keçib.
Gündəlik yoluxma sayının artmasına baxmayaraq, İsraildə yüksək riskli ərazilər istisna olmaqla, sentyabrın 1-dən məktəblərdə ənənəvi təhsilə start veriləcək.