Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 01:05
"Eurovision 2011" qalibi Nigar Camal paylaşımları ilə ən çox müzakirə olunan məşhurlardandır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqram səhifəsində çimərlik geyimində və açıq-saçıq paltarlarda tez-tez fotolar yayımlayır. Müğənninin hər paylaşımı da tənqidsiz və müzakirəsiz ötüşmür.
N.Camal açıqlamasında bildirib ki, heç vaxt mənfi rəylərə görə narahat olmur:
"Yaydır, çimərlikdə nə geyinirlər? Bu, normal bir haldır. Tənqid yazanlara əsəbiləşmirəm. Bu onların düşüncəsidir".
Nigar yay istirahətindən danışıb. "İki dəfə Londona getdim, amma təyyarədən o qədər bezdim ki... Bu yay Azərbaycandan kənar heç bir yerə getmək istəmədim. Burada mənə rahatdır, sakit və istədiyim kimi" deyə, sənətçi əlavə edib.