Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirdən sərəncama götürülən rəisin yerinə TƏYİNAT

Nazirdən sərəncama götürülən rəisin yerinə TƏYİNAT

Tarix: 1 Sentyabr 2021 14:32

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Musayev Rəşad Eldar oğlu tutduğu vəzifədən azad edilib. 

Nazirin digər əmri ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib. 

Qeyd edək ki bir müddət əvvəl həmin bölmənin rəisi, polis mayoru Rəşad Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb.


Etiketlər:  Nazirdən sərəncama götürülən rəisin yerinə TƏYİNAT


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ