Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada təbii fəlakətlərin sayı son 50 ildə beş dəfə artıb

Dünyada təbii fəlakətlərin sayı son 50 ildə beş dəfə artıb

Tarix: 1 Sentyabr 2021 22:00

Dünyada iqlim şəraitindən, əsasən də planetdə orta temperaturun yüksəlməsindən qaynaqlanan təbii fəlakətlərin sayı 1970-ci ildən 2019-cu ilədək olan dövrdə beş dəfə artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məruzəsində yer alıb.

"Hava, iqlim və hidroloji amillərlə bağlı ekstremal halların miqdarı artır və onlar dünyanın bir çox yerlərində iqlim dəyişikliyi nəticəsində daha tez-tez baş verir, daha sərt olur", - təşkilatın baş katibi Petteri Taalasın bəyanatında belə deyilir.

Məruzədə bildirilir ki, 1970-ci ildən sonrakı dövrdə 2 milyondan çox insanın ölümünə səbəb olan və iqtisadiyyata 3,64 trilyon dollar həcmində zərər vuran 11 mindən çox təbii fəlakət qeydə alınıb. Eyni zamanda, ölüm hallarının 91 faizi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Quraqlıqla bağlı ölənlər daha çoxdur - təxminən 650 min nəfər. Fırtınalar 577 min nəfərin, daşqınlar 59 minə yaxın insanın, anomal istilər isə 56 minədək insanın həyatına son qoyub.

Məruzəyə əsasən, təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin artımı da qeydə alınıb. Əgər 1970-ci ildə ziyan gündə 49 milyon dollar təşkil edirdisə, 2010-2019-cu illərdə bu göstərici artaraq 383 milyon dollara çatıb.

Milli.Az


Etiketlər:  Dünyada təbii fəlakətlərin sayı son 50 ildə beş dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ