Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 10:02
Rusiyada "analıq kapitalı"nın məbləği gələn il artırılaraq ilk uşaq üçün 503 min rubl (11720 manat), ikinci uşaq üçünsə 665 min rubl (15495 manat) təşkil edəcək.
Sonxeber.net bildirir ki, Rusiyanın əmək naziri Anton Kotyakov belə deyib.
Dünyaya gələn uşaq üçün anaya ödənilən pul olan "analıq kapitalı"nı bundan sonra ata da ala bilər. Bir şərtlə ki, surroqat ananın dünyaya gətirdiyi uşağın valideyni həmin kişi olsun.
Hazırda Rusiyada ailədə doğulan ilk uşaq üçün 483881 rubl, ikinci uşaq üçünsə əlavə olaraq 155550 rubl təşkil edir.