Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 22:27
"Əhalinin 70-80%-i peyvənd vurdursa, koronavirusun növbəti dalğası olmayacaq".
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
Professor bildirib ki, məhdudiyyətlərin tətbiq olunması, yəni bu gündən etibarən kütləvi toplaşma olan yerlərə vətəndaşların yalnız COVID pasportu ilə buraxılması koronavirusa yoluxma sayını azaltmağa hesablanıb:
"Koronavirus əleyhinə vaksin vurduranlar xəstəliyi daha yüngül keçirirlər və bu vəziyyəti stabil saxlamağa kömək edir. Ona görə də peyvəndlənməyənlərin bir sıra məkanlara girişi mümkün olmayacaq".