Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmişlidə COVID-19 xəstəsi saxlanılıb - VIDEO

İmişlidə COVID-19 xəstəsi saxlanılıb - VIDEO

Tarix: 3 Sentyabr 2021 10:20

İmişlidə yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Milli.Az bildirir ki, rayon Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon mərkəzinə gəlmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  İmişlidə COVID 19 xəstəsi saxlanılıb VIDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ