Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövsümi qrip epidemioloji vəziyyəti ağırlaşdıra bilər - XƏBƏRDARLIQ - VİDEO

Mövsümi qrip epidemioloji vəziyyəti ağırlaşdıra bilər - XƏBƏRDARLIQ - VİDEO

Tarix: 3 Sentyabr 2021 12:18

Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxtın keçirilməsi epidemioloji vəziyyətə mənfi təsir göstərə bilər.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri baş infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, payız-qış aylarında qrip, o cümlədən digər respirator infeksiyalarda artım müşahidə olunur.

Onun sözlərinə görə, infeksiyaların yoluxma yolları da eynidir.

Baş infeksionist bildirib ki, hər il qripə qarşı risk qrupuna daxil olan insanlar  peyvənd olunurlar.

"İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir",- deyə baş infeksionist əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   


Etiketlər:  Mövsümi qrip epidemioloji vəziyyəti ağırlaşdıra bilər XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ