Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb? - RƏSMİ AÇIQLAMA

Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb? - RƏSMİ AÇIQLAMA

Tarix: 3 Sentyabr 2021 14:18

Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb.

Bu barədə Milli.Az-a DSX-dən bildirilib.

Qeyd edək ki, Rusiyada özünü "Kişi dövləti"nin lideri kimi təqdim edən, radikal-milliyətçi Vladislav Pozdnyakovun Azərbaycana keçmək istəyərkən saxlanılması barədə məlumat yayılmışdı.

"Kişi dövləti" 2016-cı ildə Vladislav Pozdnyakov tərəfindən VKontakte sosial şəbəkəsində yaradılıb. 2017-ci ildə isə təşkilatın regional bölmələri yaranmağa başlayıb. Bununla yanaşı, "VKontakte" 2020-ci ildə təşkilatın səhifəsini zorakılığa çağırış etdiyindən bloklayıb. Bunun ardınca, "Kişi dövləti" öz fəaliyyətini fəal olaraq teleqramda davam etdirməyə başlayıb. "Kişi dövləti" nasionalist və qadınlara qarşı zorakılığa çağırışla bağlı postlar paylaşır və şəbəkə ilə onlara qarşı hücumlar təşkil edir.

Milli.Az


Etiketlər:  Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb RƏSMİ AÇIQLAMA


RƏYLƏR