Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 17:12
Həbsdə olan general Rövşən Əkbərovun oğlu ölkəni tərk edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, məlumatı polis şöbəsindən öyrənib:
"Polis şöbəsi ilə əlaqə saxladım. Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman sentyabrın 2-də ölkəni Türkiyə istiqamətində tərk etdiyindən onun dindirilməsi mümkün olmayıb".
Qeyd edək ki, bir neçə gün əvvəl Rövşən Əkbərovun oğlu Telman Əkbərovun məhkəmə zalında vəkil Elçin Sadıqova hücum etdiyi barədə məlumat vermişdik. O, bu barədə Yasamal rayon Polsi İdarəsinin 27-ci Polis Şöbəsinə müraciət edib.