Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban” Pəncşir sakinlərinin təhlükəsizliyinə zəmanət verdi

“Taliban” Pəncşir sakinlərinin təhlükəsizliyinə zəmanət verdi

Tarix: 5 Sentyabr 2021 22:16

"Taliban" hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi "Twitter" səhifəsində məlumat yayıb.

Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir.

"Müqavimət qüvvələri çoxsaylı itkilər verib, "Taliban" çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib", deyə nümayəndə bildirib.

Qeyd edək ki, yerli telekanalın məlumatına görə, "Taliban" Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: "İnsanların təhlükəsizliyinə zəmanət veririk".


Etiketlər:  Taliban Pəncşir sakinlərinin təhlükəsizliyinə zəmanət verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ