Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən çox künc zərbəsini ''Qarabağ'' vurub - UEFA açıqladı

Ən çox künc zərbəsini ''Qarabağ'' vurub -  UEFA açıqladı

Tarix: 17 Avqust 2019 19:40

UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikasını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ” öz göstəricisi ilə fərqlənib.

Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam klubunu yerinə yetirib. “Qarabağ” 39 dəfə künc zərbəsi vurub.

İlk beşlikdə isə “Qarabağ”dan başqa  “Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), “Srvena Zvezda” (Serbiya, 34) və “Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.

“Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub.
Qurban Qurbanovun komandası çərçivəyə gedən zərbələrdə APOL-lə birgə 7-8-i yerləri bölüşür, qolların sayına görə isə 8-cidir.

“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə ən çox qol ötürməsi edən (3) 9 futbolçudan biridir.

 


Etiketlər:  çox künc zərbəsini Qarabağ vurub UEFA açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ