Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binanın qarajının qapısını kim hörüb? - Sakinlərin xəbəri yoxdur - VİDEO

Binanın qarajının qapısını kim hörüb? - Sakinlərin xəbəri yoxdur - VİDEO

Tarix: 7 Sentyabr 2021 12:08

Bakıda çoxmərtəbəli yaşayış binasının qarajı sakinlərə heç bir xəbərdarlıq edilmədən bağlanıb. Daha doğru girişi kərpic daşı ilə hörülüb. Hətta bəzi sakinlərin avtomobilləri qarajda qalıb. Buna səbəb nədir? Əməkdaşlarımız bütün tərəflərin münasibətini öyrənib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, çoxmərtəbəli yaşayış binasının sakinləri səhər işə gedərkən avtomobillərini qarajdan çıxara bilməyiblər. Səbəb qarajın giriş qapısının kərpiclə hörülərək bağlanması olub.

Sözügedən problemlə paytaxtın Xətai rayonu Xocalı prospketi 32 ünvanında yaşayan sakinlər üzləşiblər. Onlar deyir ki, həmin çoxmənzilli bina ''Hompaş'' şirkəti tərəfindən 2007-2008-ci illərdə inşa edilib. 

Sakinlər iddia edirlər ki, bu problem son bir neçə gündür yaşanır. Bu vaxta qədər onlar avtomobillərini həmin qarajda rahat park ediblər.

Sakinlər iddia edirlər ki, MTK rəhbərliyi qarajı obyekt üçün başqa bir nəfərə satdığı üçün qapısını bağlayıb. Biz də ərazidə çəkiliş apardığımız zaman şahidi olduq ki, ərazidə təmir işlərinə start verilib. Sakinlər qaraja digər ərazidən yol çəkmək istəyəndə isə ''Hompaş'' MTK-nın rəhbərliyi buna icazə verməyib.

Məsələ ilə bağlı adıçəkilən şirkətin ofisinə getdik. Özünü həmin MTK-nın rəhbəri kimi təqdim edən Hikmət İgidgöl deyir ki, çoxmənzilli binada işlər hələ davam edir. Bina tam təhvil veriləndə qarajın qapısı olacaq. O, qarajın bağlanaraq təmir aparılan hissəsinin isə 8 il əvvəl başqa şəxsə satıldığını qeyd etdi.

Sakinlər yaranmış problemi həllə etmək üçün Dövlət Şəhərsalma və Arixtektura Komitəsinə müraciət edəcəklərini deyirlər.


Etiketlər:  Binanın qarajının qapısını hörüb Sakinlərin xəbəri yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ