Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 13:36
Ermənistanda həbslər davam edir.
Sonxeber.net erməni telegram kanallarına istinadən xəbər verir ki, Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin keçmiş rəhbəri Aqvan Hovsepyan həbs olunub. 2004-cü ildən 13 sentyabr 2013-cü ilədək Baş Prokuror vəzifəsini tutmuş bu şəxs, 18 İyul 2014-cü ildən 11 İyun 2018-ci ilədək İstintaq Komitəsinin sədri vəzifəsində çalışıb.
Məlumata görə, iqtisadi fəaliyyətlə məşğul olan bir neçə MMC-yə idarəçiliyi də həyata keçirib. Bundan əlavə, onu 190.000.000 dram (700 manat) məbləğində rüşvət almaqda və dələduzluq yolu ilə 800.000.000 dram məbləğində əmlak oğurluğu törətməkdə ittiham ediblər. Hovsepyan cinayət yolu ilə 1.299.404.414 dram (290 min manat) məbləğində əmlakı qanuniləşdirməkdə də ittiham olunur.
Kamran Seyidov