Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 14:10
Aparıcı Tural Yusifov Azərbaycanın radio tarixində ilk dəfə verilişi sükan arxasında avtomobil idarə edərək aparacaq.
Sonxeber.net xəbər verir ki, "İctimai" radioda yayımlanan "Avtostop" proqramında Y. Yusifov canlı efirdə olduğu 3 saat ərzində avtomobilini Bakı küçələrində idarə edəcək.
Aparıcının sözlərinə görə, bu, onun üçün yeni çağırışdır. Sürücüləri daha yaxşı başa düşmək, onların pik saatlarında üzləşdiyi problemləri öz gözü ilə görmək üçün aparıcı yola çıxmaq qərarı verib.