Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unun ixracına qoyulan gömrük rüsumu dəyişdi

Unun ixracına qoyulan gömrük rüsumu dəyişdi

Tarix: 9 Sentyabr 2021 19:04

Azərbaycandan unun ixracına qoyulan gömrük rüsumu dəyişib.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bərk buğda, yumşaq buğda, pərinc və buğda-çovdar ununa tətbiq edilən 15% ixrac gömrük rüsumu hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu ilə əvəz olunub.

Eyni zamanda Azərbaycanda ixrac olunan buğdanın hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu tətbiq ediləcək.

Bu Qərar 2022-ci il mayın 1-dək qüvvədədir.


Etiketlər:  Unun ixracına qoyulan gömrük rüsumu dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ