Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 11:26
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Qubanın Zərdabi qəsəbə sakini, birinci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil Vəfadar Salahov rayon Məşğulluq Mərkəzindən şikayətçidir. Onun sözlərinə görə, müharibə zamanı kontuziya alıb və hərbi xidmətdən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranıb. Həkimlər ona "İsterik qıcolma" diaqnozu qoyub və elə bu səbəbdən də əmək qabiliyyətini itirib. Şikayətçi vətəndaşın sözlərinə görə, başqa yerdə işləmək imkanı olmadığı üçün Quba rayon Məşğulluq Mərkəzinə rəsmi müraciət edərək, özünəməşğulluq proqramına qoşulmaq istədiyini bildirib. Lakin müracətindən aylar keçməsinə baxmayaraq daş səs çıxıb Quba rayon Məşğulluq Mərkəzindən yox.
Vəfadar Salahov deyir ki, ondan sonra müraciət edən bir neçə nəfərə aktivlər verilsə də o, hələ də dövlətin yaratdığı imkandan yararlana bilmir.
Şikayətçi vətəndaşın problemi ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etdik. Agentliyin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirdi ki, Vəfadar Salahovun müraciəti qeydiyyata alınıb və mərhələli şəkildə ona aktivlər təqdim ediləcək.
Görünən odur ki, aylardır gözü yolda olan Vəfadar Salahov bir qədər də səbr etməlidir. Ümid edirik növbəti mərhələlər o qədər də uzun çəkməyəcək və müharibəsi iştirakçısı eləc də 2-ci qrup əlil olan Vəfadar Salahov dövlətin yaratdığı imkandan yararlana biləcək.