Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2021 19:38
Portuqaliya xarici turizmdən daha çox qazanc əldə edən Avropa ölkələrindən biridir. Bu gəlir 2011-2019-cu illər dövründə 60 faizdən çox artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Portuqaliyanın Monsaraş şəhərində Ümumdünya Turizm Təşkilatının şərab turizmi (enoturizm) üzrə 5-ci konfransındakı çıxışında ölkənin iqtisadiyyat, innovasiya və inkişaf naziri Pedro Siza Vieyra deyib.
Nazir qeyd edib ki, turizmin inkişafı üçün turistləri Alqarve, Madeyra və ya Lissabon kimi ənənəvi turizm regionları ilə yanaşı, ölkənin daha az tanınan regionlarına cəlb edən turist məhsullarına sərmayə yatırmaq lazımdır.
Turizmin inkişaf strategiyasının sütunlarından biri şərab turizmi olub. Hökumət 2019-cu ildən başlayaraq 60 layihəni, o cümlədən yeni dequstasiya salonlarının açılışını, personalın təlimi üzrə treninqlərin keçirilməsini dəstəkləyib.
Beləliklə, bu ardıcıl strategiyanın nəticəsi hər bir əcnəbi turistdən gələn gəlirlərin artımıdır.