Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2021 22:46
Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən fiziki şəxslərin həmin gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir. Bu baxımdan, fiziki şəxslərin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.