Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 17:20
Xəstəxanaya yerləşdirilənlər arasında onlar çoxluq təşkil edir
Alimlər hesab edir ki, dünya üzrə peyvəndləmə işi geniş vüsət aldıqda "Delta" ştammının yoluxma dərəcəsi müəyyən mərhələdə sonlana bilər. Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur.
Bu, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzi tərəfindən dərc edilmiş tədqiqatlarda yer alıb. Peyvənd edilməyən insanlarda xəstəxanaya yerləşdirmə tezliyi vaksinasiya olunanlarla müqayisədə 10 dəfə çoxdur.
Mütəxəssislər yoluxma sayının çox olmasında vətəndaş məsuliyyətsizliyinin də böyük rol oynadığını bildirirlər. Insanların sosial məsafə və sanitar gigiyenik qaydalarına riayət etməməsi bu sahədə vəziyyəti daha da ağırlandırır.
Ölkədə həm yoluxma həm də ölüm sayındakı rəqəmləri azaltmaq üçün vaksinasiya və sanitar gigiyenik normalarına riayət olunması əsas çıxış yolu hesab olunur.