Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 19:14
Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən bəzi fərdi yaşayış evləri uzun müddətdir ki qazlaşdırılmır. Sakinlər qaz olmadığına görə daha çox işıq pulu ödədiklərini deyirlər. Qış aylarında evlərində hətta odun yandırdırırlar. Məsələyə aidiyyatı qurumlar da münasibət bildirib.
Paytaxtın Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində bir qrup sakin uzun illərdi qaz problemi yaşayır.
Sakinlər deyir ki, qarşıdan soyuq aylar gəlir, qaz olmadığına görə indidən evlərini necə qızdıracağlarını düşünürlər. Məsələ ilə bağlı əlaqədar təşkilatlara müraciət etsələr də nəticəsi olmayıb.
Sakinlər qaz olmadığına görə daha çox işıq pulu ödədiklərini deyirlər. Xəzər Xəbər məsələ ilə bağlı Azəriqaz İstehsalat birliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirildi ki, sözügedən ərazidəki fərdi yaşayış evlərinin qazlaşdırılması üçün işlərə başlanacaq.
Sakinlər qaz problemlərinin tezliklə həll ediləcəyini ümid edirlər.