"Sabah" yeni mövsüm üçün nəzərdə tutulan formalarını təqdim
edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, formalar
“Macron” firması tərəfindən, "Sabah"ın təqdim etdiyi xüsusi dizaynla
hazırlanıb.
Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ
rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və
qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar qeyd olunan
amillərin vəhdətidir.
Səfər oyunları üçün hazırlanmış forma isə "Sabah"ın
futbol akademiyasının bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin
rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş
şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm
etdirir.