Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu bu tarixədək futbol oynayacaq

Ronaldu bu tarixədək futbol oynayacaq

Tarix: 3 Noyabr 2025 13:00

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını mümkün qədər uzun müddət davam etdirmək niyyətindədir.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu fikrini son oyundan sonra səsləndirib.

Ronaldu Səudiyyə Ərəbistanı çempionatının "Əl-Feyha" ilə qarşılaşmasında komandasına qələbə qazandıran penalti qoluna imza atıb. Görüş "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bu, mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Qələbə qazandıq və iki qol vurdum - bu, hər zaman vacibdir. Dəfələrlə demişəm ki, uzunömürlülüyün sirri coşqudadır, və bu coşqu məndə hələ də qalır. Qol vurum, ya yox - bu mənim həyatımın bir parçasıdır. Artıq 23-24 ildir futbolun içindəyəm və sağlamlığım imkan verdiyi müddətdə oynamağa davam edəcəyəm", - deyə Ronaldu bildirib.

Xatırladaq ki, 40 yaşlı superulduz indiyədək Çempionlar Liqasının beşqat, Avropa çempionatının, həmçinin Millətlər Liqasının qalibi olub. O, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarının formasını geyinib. Ronaldu 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə transfer olunub və hazırda da Səudiyyə təmsilçisinin heyətində çıxış edir.

Tural


Etiketlər:  Ronaldu tarixədək futbol oynayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ