Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Natura” şirəsinin içərisindən kif çıxdı - VİDEO

“Natura” şirəsinin içərisindən kif çıxdı - VİDEO

Tarix: 3 Noyabr 2025 16:52

Qəbələ Konserv Zavoduna məxsus "Natura" şirəsinin içərisindən kif göbələyi çıxması ilə bağlı görüntülər yayılıb.

Sonxeber.net İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkə səhifələrində təqdim olunub.

Qeyd edilib ki, ötən gün - noyabrın 2-də alınan "Natura" şirəsinin içərisindən pis qoxu gəldiyi üçün istehlakçıda şübhələr yaranıb. O, şirəni digər qaba əlavə etdikdə isə içərisindən kif çıxdığı müşahidə olunub.

Maraqlısı odur ki, cari ilin sentyabr ayında istehsal olunan "Natura" şirəsinin üzərində onun yararlılıq müddəti 1 il göstərilib. Amma cəmi 2 aya məhsulun yararsız olduğu müşahidə edilib.

Qeyd edək ki, "Natura" brendi isə 2011-ci ilin martında yaradılıb. Həm Tetra Pak, həm də şüşə qablaşdırmada təklif olunan meyvə şirələri alma, multimeyvə, ananas, albalı, nar, portağal, şaftalı, ərik, qarağat və tomat kimi 10 fərqli variantda istehlakçılara təqdim olunur. Amma təəssüflər olsun ki, daha əvvəllər də "Natura" şirəsinin içərisindən kif göbələyi çıxması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülər AQTA tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Nəticəsi ilə bağlı məlumat veriləcək.


Etiketlər:  Natura şirəsinin içərisindən çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ