Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehdiyevin köməkçisi 3 il əvvəl də həbs edilibmiş

Mehdiyevin köməkçisi 3 il əvvəl də həbs edilibmiş

Tarix: 3 Noyabr 2025 16:20

Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilən Eldar Əmirovun 3 il əvvəl də həbs edildiyi məlum olub.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Qurban oğlu Əmirov həmin vaxt inzibati xətada təqsirli bilinib.

E.Əmirov 2022-ci ilin fevralında Yasamal Məhkəməsinin qərarı ilə 30 sutkalıq azadlıqdan məhrum edilib və 1 ay sonra azadlığa çıxıb.

Bu dəfə isə E.Əmirov daha ağır ittihamlarla həbs olunub. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub. Son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.


Etiketlər:  Mehdiyevin köməkçisi əvvəl həbs edilibmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ