Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bahar Store”da “100 manatlıq hədiyyə” qalmaqalı: bloqer belə ALDADILDI - VİDEO

“Bahar Store”da “100 manatlıq hədiyyə” qalmaqalı: bloqer belə ALDADILDI - VİDEO

Tarix: 3 Noyabr 2025 12:36

Bakıda fəaliyyət göstərən "Bahar Store" mağazası sosial şəbəkələrdə gündəm olub. İddiaya görə, mağazada alış-veriş edən müştəriyə "100 manatlıq alış-veriş etsəniz, hədiyyə qazanacaqsınız" vədi verilsə də, nəticə gözlənildiyi kimi olmayıb.

Sonxeber.net xəbər verir ki, bloqer Aydaniquenin paylaşımına görə, o, mağazada 97 manatlıq alış-veriş etdikdən sonra satıcılar ona "hədiyyə qazanmaq üçün məbləği 100 manata tamamlayın" deyiblər. Bunun üzərinə bloqqer əlavə olaraq 4 manatlıq sabun alıb və ümumi məbləği 101 manata çatdırıb.

Lakin Aydanique bildirib ki, "hədiyyə" əvəzinə mağaza ona sadəcə probnik (nümunə məhsul) təqdim edib:

"Dedilər, 100 manatlıq alış-veriş etsəm, hədiyyə düşür. Əlavə sabun aldım, amma verdikləri sadəcə probnik idi."

Sosial mediada yayılan bu paylaşım istifadəçilər arasında narazılıq və müzakirə yaradıb. Bir çoxları mağazanın kampaniyasını aldadıcı reklam adlandırıb və müştəri etibarının sarsıldığını qeyd ediblər.

İzləyicilər "Bahar Store" rəhbərliyindən kampaniyanın şərtləri barədə daha şəffaf və konkret məlumat verməyi tələb ediblər.


Etiketlər:  Bahar Storeda manatlıq hədiyyə qalmaqalı bloqer belə ALDADILDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ