Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2025 17:35
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca müğənni Çinarə Məlikzadə ilə ailə qurmaq istəyib.
Sonxeber.net xəbər verir ki, bu barədə Çinarə "Pərvizə görə"də danışıb.
Sənətçi deyib ki, Kaynarca özü birbaşa evlilik təklif etməsə də, ona bununla bağlı söz göndərib:
"İkimizin də mətbuat katibi var idi - Aygün xanım. Oktay Kaynarca ilə çox yaxındır, hətta toyunda sağdışı olub. Mənə həmişə eşitdirirdi. Mənim də Oktayın birbaşa deməməyi, kənarda qalmağı xoşuma gəlmişdi. Məsələn, digərləri birbaşa özümə demişdi. Amma bu dəfə Aygün xanım eşitdirirdi, deyirdi ki, o, heç kimi paylaşmır, gənc xanımla ailə qurmaq istəyir, övlad istəyir. Hər dəfə deyirdim ki, ona o gözlə baxmıram, qardaşım, atam yerindədir. Aktyor kimi bəyənirəm, amma o gözlə baxmıram. Bir dəfə hoteldə tədbir idi, gördüm ki, Oktay Kaynarca da ordadır. Baxıram, deyirəm, odur yoxsa gözümə görünür. İfa edirəm, bilmirəm yaxınlaşım, ya yox, ayıb olar, yoxsa yox. Sonra dedim, yaxşı çıxmaz kişilərin yanına getmək... Tədbirdən çıxmışam, yazıb ki, niyə mənimlə salamlaşmadın? Sonra getdim, dedim, üzrlü sayın, əlimlə uzaqdan salam verdim. Yanıma gəldi, görüşdük".