Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zuburları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib - FOTO

“Zuburları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib - FOTO

Tarix: 3 Noyabr 2025 17:14

27-29 oktyabr tarixlərində İsmayıllı rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Azərbaycanda zubrların reintroduksiyası" proqramı üzrə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti düşərgə təşkil olunub. 

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən düşərgəyə İsmayıllı rayonundan ümumilikdə 52 məktəbli qoşulub. 

"Zubrları təbiətimizə qaytaraq!" düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çərçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 

2019-2024-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından ümumilikdə 46 baş zubr gətirilib. Hazırda parkda zubrların populyasiyası 68 başa çatıb.


Etiketlər:  Zuburları təbiətimizə qaytaraq adlı düşərgə keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ