Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aysun Rəqsanənin həbsindən sonra ilk dəfə EFİRDƏ: göz yaşları ''sel oldu'' - VİDEO

Aysun Rəqsanənin həbsindən sonra ilk dəfə EFİRDƏ: göz yaşları ''sel oldu'' - VİDEO

Tarix: 3 Noyabr 2025 12:25

Müğənni Aysun İsmayılova anası, tanınmış ifaçı Rəqsanə İsmayılovanın həbsindən sonra ilk dəfə televiziya efirinə çıxıb.

Sonxeber.net xəbər verir ki, o, proqram zamanı duyğusal anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.

Aysun bildirib ki, bu çətin dönəmdə yanında olmadığını düşündüyü bəzi həmkarlarına görə məyus olub:

"Anam həbs olunandan sonra mənə ən yaxın bildiyim insanlar yoxa çıxdılar. Amma heç bir münasibətimin olmadığı sənət adamları əksinə, dəstək verdilər. Bu, mənə çox təsir etdi".

O, əlavə edib ki, yaşadığı hadisə onu daxilən böyüdüb və gücləndirib:

"Hər gün yanında olan həmkarlarım vardı. İndi isə 10 gündən bir yazırlar. Bu sınaqdan sonra daha güclü bir Aysun var".

Efir zamanı anasına ünvanladığı duyğulu mesaj isə Aysunu kövrəldib:

"Bilirəm ki, bizə baxır. Hər şey yaxşı olacaq".

Xatırladaq ki, bir müddət əvvəl Rəqsanə İsmayılova barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və o, müvafiq qərarla həbs edilib.

Hüseyn


Etiketlər:  Aysun Rəqsanənin həbsindən sonra dəfə EFİRDƏ göz yaşları oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ