Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qurban Qurbanov ''Real Madrid'', ''Bavariya''ya layiq baş məşqçidir”

“Qurban Qurbanov ''Real Madrid'', ''Bavariya''ya layiq baş məşqçidir”

Tarix: 3 Noyabr 2025 12:00

Türkiyəli tanınmış futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov barədə fikirlərini bölüşüb.

Sonxeber.net xəbər verir ki, Şener Qurbanovun taktiki düşüncəsini və idarəetmə bacarığını yüksək qiymətləndirib:

"Qurban Qurbanov "Real Madrid", "Barselona", "Mançester Siti" və ya "Bavariya" kimi Avropa nəhənglərinə rəhbərlik etməyə layiq bir baş məşqçidir. O, çox ağıllı və uzaqgörən mütəxəssisdir", - deyə o bildirib.

Ertem Şener əlavə edib ki, gələcəkdə Qurban Qurbanovla şəxsən görüşmək və onunla xatirə fotosu çəkdirmək istərdi.

Şərhçinin bu sözləri azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş şəkildə paylaşılır.

Hüseyn


Etiketlər:  Qurban Qurbanov Real Madrid Bavariyaya layiq baş məşqçidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ