Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birgə kapitalları 5 trilyon dollardan çoxdur

Birgə kapitalları 5 trilyon dollardan çoxdur

Tarix: 3 Noyabr 2025 14:12

Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç nəhəng şirkətinin rəhbərləri - Samsung, Hyundai və Nvidia-nın baş direktorları bir araya gəlib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, qlobal miqyasda tanınan bu şirkətlərin rəhbərləri Seuldakı məşhur restoranlardan birində birlikdə axşam yeməyi ediblər.

Görüş yarımkeçiricilər, avtomobil və istehlakçı elektronikası kimi fərqli sənaye sahələrinin liderlərini eyni masada toplayaraq beynəlxalq mediada böyük maraq doğurub.

Məlumata görə, bu üç nəhəng şirkətin birgə bazar kapitallaşması 5,425 trilyon dollar təşkil edir. Ekspertlərə görə, bu rəqəm bir daha Samsung, Hyundai və Nvidia-nın qlobal iqtisadiyyatda nə qədər mühüm rol oynadığını təsdiqləyir.

Hüseyn


Etiketlər:  Birgə kapitalları trilyon dollardan çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ