Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2025 22:56
Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar arasında böyük maraq doğurub. Kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır.
Sonxeber.net xəbər verir ki, rəsmi məlumata görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41% artıb.
Braziliya, Qazaxıstan, Belarus və hətta Avropadan gətirilən ət növləri də bazarda geniş yayılıb.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idxal olunan bütün ət məhsulları xəstəliklərdən azad bölgələrdəki müəssisələrdən gətirilir və baytarlıq sertifikatı ilə təsdiqlənir.