Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 21:28
Azərbaycanın yanvar-avqustunda ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Türkiyədən idxalın dəyəri 1 milyard 128 milyon 369 min ABŞ dolları, İrandan 236 milyon 775 min dollar, Qazaxıstan isə 49 milyon 39 min dollar təşkil edib.
Azərbaycanın 2020-ci ilin eyni dövrünə nisbətən Türkiyə və İrandan idxalı artıb, Qazaxıstandan isə cüzi azalıb.