Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2021 15:10
Model Heyli Biber müğənni Castin Biberin həyat yoldaşı kimi təqdim edilməsinə münasibət bildirib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Heyli qatıldığı bütün tədbirlərdə və ya proqramlarda adının Castinin arvadı kimi çəkilməsindən narahat olmadığını açıqlayıb:
"Həqiqətən tanınmış bir insanla evləndiyiniz zaman sizə "filankəsin həyat yoldaşı" deyə müraciət etmələrini də qəbul etmiş olursunuz. Bu məni narahat etmir. Çünki yalan deyil, bəli, Castinin arvadıyam.
Məni narahat edən bəzi insanların "əgər onun həyat yoldaşı olmasaydı, heç kim onu tanımazdı" deyə, düşünməsidir. Bununla razı deyiləm. Öz bağlantılarım var, işlərimi görüb pulumu qazanıram".