Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Türkiyə ilə danışıqlara hazırdır

Ermənistan Türkiyə ilə danışıqlara hazırdır

Tarix: 20 Sentyabr 2021 13:04

Ermənistanın hakimiyyəti Türkiyə ilə təmaslara və müzakirələrə hazırdır.

Sonxeber.net bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan belə deyib. M.Gevorkyanın sözlərinə görə, rəsmi İrəvan təmasların səmərəli olacağı halda yüksək səviyyədə görüşlərə və danışıqlara da hazırdır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:

"Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Paşinyan koridorun açılmasının əlehyinə olduğunu söyləyir. Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan söyləyib.

Türkiyə lideri ümid edib ki, Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.


Etiketlər:  Ermənistan Türkiyə ilə danışıqlara hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ