Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Çelsi”dən ikiqat maaş TƏKLİFİ

“Çelsi”dən ikiqat maaş TƏKLİFİ

Tarix: 21 Sentyabr 2021 12:56

İngiltərənin "Çelsi" klubu futbolçusu Antonio Rudigerə yeni müqavilə təklif edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London təmsilçisi almaniyalı müdafiəçi ilə sözləşməni uzatmaq niyyətindədir.

Premyer Liqa klubu Rudigerə maaşının ikiqat artırılmasını vəd verib. Bir il əvvəl klubun onu satmaq istəməsindən narazı qalan Antonio getmək fikrindən əl çəkmir.

"Real" və PSJ-nin maraq dairəsində olan almaniyalı bu iki klubdan birinə keçmək istəyir. Lakin "Çelsi"nin almaniyalı baş məşqçisi Tomas Tuxel futbolçu ilə şəxsən danışıb onu razı salmağa çalışacaq.

Qeyd edək ki, Rudigerin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Milli.Az


Etiketlər:  Çelsidən ikiqat maaş TƏKLİFİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ