Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 16:45
Aparıcı-aktrisa Xəyalə Quliyeva şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.net "yenisabah.az"a istinadən xəbər verir ki, həyat yoldaşı və iki övladı ilə "Bu ana kimi" proqramının qonaq olan aktrisa, ailə həyatından danışıb. 16 ildir evli olan Xəyalə bəzən həyat yoldaşı ilə aralarında problemlər yaşasa da özünü xoşbəxt hiss etdiyini bildirib:
"Deyim ki heç vaxt söz-söhbətimiz olmur, idealdı hər şey, elə deyil. Hər ailədə söz-söhbət olur. Bizim dalaşmağımız 5 dəqiqə çəkir. Bir məsəl var "Ər-arvad dalaşmağı, yaz yağışı..."
Bizim ailədə həqiqətən elə olub. Burada dalaşıb burada barışırıq, gülüb-danışırıq. Əsas odur aramızda kin qalmır. Biz ailə qurmazadn əvvəl 4 il görüşmüşük onda bir-birimizin xasiyyətini bilib evlənmişik".
Qeyd edək ki, Xəyalə Quliyeva Yusif adlı şəxslə evlidir. Onların iki azyaşlı övladı var. (baku.ws)
Həmin görüntüləri təqdim edirik: