Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Tarix: 22 Sentyabr 2021 23:32

Bu gün Bakı vaxtı ilə saat 23:21-də Azərbaycana payız fəsli daxil olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sonxeber.net-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).

Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.a


Etiketlər:  Azərbaycana payız gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ