Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 08:42
"Artıq br neçə gündür ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 76-cı sessiyası işə başlayıb. Sessiyanın işində dünyanın bir çox ölkələri dövlət başçıları səviyyəsində iştirak edir. Ermənistan sessiyanın işində iştirak etmir və bu, çox qəribədir".
Bu barədə "Yerevan today" yazıb. Agentlik bildirib ki, Nikol Paşinyan və onun hakimiyyət komandasının heç bir üzvü sessiyaya qatılmayıb.
Daha əvvəl bildirilmişdi ki, Ermənistan sessiyada Xarici İşlər Nazirliyinin başçısı səviyyəsində iştirak edəcək. "Yerevan today" müxtəlif ölkələrin nümayəndələrinin ikitərəfli görüşlər keçirdiyini, amma Ermənistan haqqında heç bir xəbər olmamasına diqqət çəkib.
Ermənistan Xarici İşlər Nazirliyinin xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a işgüzar səfərə yola düşdüyünü bildirsə də, agentlik bu səfər barədə xəbərin dəqiq olmadığını iddia edib.
"Xatırladaq ki, Nikol Paşinyan 2018-ci ildə sessiyaya qatılıb və bütün çıxışını inqilaba həsr edərək, keçmişi rədd etməklə Ermənistanı rüsvay edib", - agentlik bildirib.