Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zabihullah Mücahid: “Beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər bizim üçün məqbul deyil”

Zabihullah Mücahid: “Beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər bizim üçün məqbul deyil”

Tarix: 24 Sentyabr 2021 11:04

Beynəlxalq ictimaiyyətin Əfqanıstanın yeni hökumətini tanımaqla əlaqədar irəli sürdüyü şərtlər "Taliban" üçün məqbul deyil.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid söyləyib.

"Hökumətimizin yalnız beynəlxalq ictimaiyyət tərəfindən irəli sürülən şərtlər daxilində tanınması qəbuledilməzdir", - deyə Zabihullah Mücahid bildirib.

"Taliban" hərəkatının üzvü bildirib ki, bu şərtlər beynəlxalq hüquq prinsiplərini pozur.

Z.Mücahid bəyan edib ki, "Taliban" digər dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan sıx diplomatik əlaqələr qurmağa çalışır.

Mücahid əlavə edib ki, yeni hökumətin tanınması onların və bütün Əfqanıstan xalqının haqqıdır.


Etiketlər:  Zabihullah Mücahid Beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər bizim üçün məqbul deyil


RƏYLƏR