Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tatlısəs 12 ildən sonra konsert verdi - VİDEO

Tatlısəs 12 ildən sonra konsert verdi - VİDEO

Tarix: 24 Sentyabr 2021 17:50

Türkiyəli müğənni İbrahim Tatlısəs 12 il aradan sonra konsert verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 2011-ci ildəki silahlı hücumdan sonra ilk dəfə Kuruçeşmədə açıq havada səhnəyə çıxıb.

Ardıcıl olaraq 3-4 konsert verməyi planlaşdıran sənətçinin musiqili gecəsinə biletlər 3 saat ərzində tükənib. Onu dinləməyə gələnlər arasında bir çox tanınmış simalar da olub.

Qeyd edək ki, İbrahim Tatlısəsin səhnə dekorasiyası üçün 1,5 milyon lirə xərclədiyi deyilir.

Milli.Az


Etiketlər:  Tatlısəs 12 ildən sonra konsert verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ