Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində aparılan sınaqlar “CanSino” peyvəndinin uşaqlar üçün ziyansız olduğunu göstərib

Çində aparılan sınaqlar “CanSino” peyvəndinin uşaqlar üçün ziyansız olduğunu göstərib

Tarix: 24 Sentyabr 2021 23:44

Çində aparılmış sınaqlar "CanSino Biologics" şirkətinin COVID-19 virusu əleyhinə peyvəndinin aşağı dozasının 6-17 yaşlı uşaqlar üçün ziyansız olduğunu göstərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 150 uşaq və 300 böyük üzərində aparılmış sınaqlar zamanı böyüklər üçün nəzərdə tutulan dozanın ən aşağı miqdarının uşaqlarda virusa qarşı immunitet yarada bildiyi təsdiqlənib. Bununla belə, uşaqlarda yaranan anticisimlərin COVID-19 infeksiyasına yoluxmaya qarşı nə dərəcədə effektli olduğu hələlik müəyyən edilməyib.

Qeyd edək ki, Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası cari ilin fevralında "CanSino Biologics" şirkətinin istehsalı olan birdozalı vaksinin kütləvi marketinqinə icazə verib. Vaksinin kliniki sınaqları Uxan şəhərində aparılıb. Onun bədənə bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb, fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub.

Hazırda Çində vaksinasiya prosesində "CanSino" şirkətinin peyvəndi tətbiq olunsa da, hələlik uşaqlara vurulması üçün razılıq verilməyib. Çində yalnız "Sinovac" və "Sinopharm" peyvəndlərinin 12 yaşdan yuxarı uşaqların yeni növ koronavirusa qarşı vaksinasiyasına icazə var.


Etiketlər:  Çində aparılan sınaqlar CanSino peyvəndinin uşaqlar üçün ziyansız olduğunu göstərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ