Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda polis əməkdaşları şəhid ailələrini ziyarət edib - FOTO

Qaxda polis əməkdaşları şəhid ailələrini  ziyarət edib - FOTO

Tarix: 25 Sentyabr 2021 19:28

Qax Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları görüş zamanı ailələrin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışıb, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Milli.Az


Etiketlər:  Qaxda polis əməkdaşları şəhid ailələrini ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ