Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 10:48
"30 ildən sonra həyat yoldaşımın qəbirini ziyarət edim".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasnda Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Cəbrayıl rayonuna səfərindən danışarkən deyib.
O bildirib ki, ermənilər şəhid Zahid Əhmədovun qəbrini dağıdıblar:
"Qəbirdən heç nə qalmayıb, dağıdıblar. Kənddə görüləsi heç nə yoxdur, hər yer dağılıb-uçurulub. Amma hər yerdə bərpa işləri gedir. Hələ özümə gələ bilməmişəm".
Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.