Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadada 148 illik kilsəni məscidə çevirdilər - FOTO

Kanadada 148 illik kilsəni məscidə çevirdilər - FOTO

Tarix: 27 Sentyabr 2021 11:12

Kanadanın Toronto şəhəri ətrafında yaşayan uyğurlar ərazidəki istifadə edilməyən kilsələrdən birini 610 min Kanada dolları müqabilində satın alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, icma nümayəndələri 148 illik kilsəni məscidə çeviriblər.

1873-cü ildə inşa edilmiş Mont Karmel kilsəsi artıq Kanada Uyğur Tükrləri İslam və Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir.

Mərkəzin rəhbəri Etibar Artış bildirib ki, məscid-mərkəzin açılmasında məqsəd uyğurların qərb mədəniyyətinin təsiri altında assimilyasiyasının qarşısını almaq, həmçinin milli mənəvi dəyərləri və mədəniyyəti yaşatmaqdır.

Milli.Az


Etiketlər:  Kanadada 148 illik kilsəni məscidə çevirdilər FOTO


RƏYLƏR