Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibənin qazandırdığı BİRLİK - Qələbə hələ qabaqdadır

Müharibənin qazandırdığı BİRLİK - Qələbə hələ qabaqdadır

Tarix: 27 Sentyabr 2021 16:57

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, rəşadəti nəticəsində, Ali Baş Komandanın çox müdrik sərkərdəliyi nəticəsində öz torpaqlarımızı 30 ildən sonra işğaldan azad edə bildik".

Bunu Sonxeber.net-a açıqlamasında Xalq artisti, professor Siyavuş Kərimi deyib.

O bildirib ki, 44 günlük bu savaşla biz xalq kimi özümüz-özümüzü dərk etməyi bacardıq:

"Əlbəttə ki, işğala son qoymaq asan olmadı. Bİz qələbə də çaldıq, amma şəhid də verdik. Heç bir müharibə şəhidsiz olmur. Boş yerə "Ana Vətən" demirlər. Ana Vətənin namusunu da qorumalısan. İgid, qəhrəman övladlarımız öz canlarını bu namusu qorumaq üçün qurban verdilər. 

44 günlük müharibə bizə uzun illərdir gözlədiyimiz, istədiyimiz birliyi verdi. Azərbaycan xalqı hər zaman birlik sarıdan əziyyət çəkib. Tarixin müxtəlif dövrülərində birliyimiz olmadı deyə torpaqlarımızı itirə-itirə gəlib, çox kiçik bir əraziyə çatmışdıq. Hesab edirəm ki, Prezident İlham Əliyevin ən böyük qələbələrindən biri Azərbaycan xalqında birlik hissini yaratmağı oldu. Hammı bir oldu, bir yumruq kimi birləşdi. Ona görə, biz ilk dəfə olaraq uzun illərdən sonra öz torpaqlarımızı qaytarmağa başladıq. 100 illərdir biz o torpaqları itirə-itirə gəldik, amma indi Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi torpaqlarımıza qayıdırıq. İlham Əliyev ilk dövlət rəhbəridir ki, torpaqlarını işğaldan azad etməyə başlayıb. Bu savaşla biz xalq kimi özümüz-özümüzü dərk etməyi bacardıq, özümüzə qiymət verdik. Bu birliyimizi bundan sonra belə də davam etdirəcəyik.

Düşünürəm ki, bizim qələbəmiz hələ bundan sonra tam olacaq. Belə rəhbərlə, belə əsgərlə, belə millətlə belə də davam edəcək".

Təhməz Əsədov


Etiketlər:  Müharibənin qazandırdığı BİRLİK Qələbə hələ qabaqdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ