Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murad Arifdən gözlənilməz etiraf: “İçimdə bir xəcalət yaşayır“

Murad Arifdən gözlənilməz etiraf: “İçimdə bir xəcalət yaşayır“

Tarix: 27 Sentyabr 2021 19:56

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, şəhidlərin xatirəsi anılıb.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, tanınmış simalar da anım günü ilə bağlı paylaşımlar ediblər.

Müğənni-bəstəkar Murad Arifin bu günlə bağlı paylaşımı marağa səbəb olub. İfaçı xəcalət hissi yaşadığını bildirib:

"Bir il olar ki, Qarabağla bağlı böyük bir sükut daşıyıram ürəyimdə. İçimdə bir xəcalət yaşayır. Etmədiklərimin, etdiklərimin, bir çox məqamların xəcaləti... Yaşayırıq, deyirik, gülürük. Amma özünlə "gönüqalınlıq" oynamaq alınmır. Ruhunuz şad olsun və bir daha müharibə olmasın". 


Etiketlər:  Murad Arifdən gözlənilməz etiraf İçimdə xəcalət yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ