Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ məsələsində razılıq əldə olunmayacaq - Maqdanın PROQNOZU

Qarabağ məsələsində razılıq əldə olunmayacaq - Maqdanın PROQNOZU

Tarix: 29 Sentyabr 2021 09:54

"Türkiyə və Rusiya prezidentləri sabah Soçidə görüşəcəklər. İki ölkə liderlərinin görüşü barədə öncədən nəsə demək çətindir. Çünki ziddiyyətli məsələlər çoxdur". 

Bunu Sonxeber.net-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

Ukraynalı ekspert bildirib ki, Ankara və Moskva aralarındakı dialoq bundan sonra da davam etdiriləcək:

"Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətləri və Qarbağdakı hazırkı vəziyyətlə bağlı proseslərdə tərəflərin razılıq əldə edib, etməyəcəyini bir o qədər asan proqnozlaşdırmaq olmaz. Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin qarşısında Krım məsələsini qaldıracağını gözləsəm də, Putindən hər hansı bir müsbət reaksiya alacağına inanmıram. 

Bu görüş iki geosiyasi maçonun tanqosudur. Fikrimcə, Soçi görüşü müntəzəm görüşlərdən biridir. Ankara və Moskva aralarındakı dialoq bundan sonra da davam etdiriləcək. Yəni Rusiya ilə Türkiyə Qarabağ və ya digər məsələlərdə ortaq bir həll tapmayacaq, ortaq bir həll ortaya qoymayacaq. Çünki maraqlar çox fərqlidir".

Təhməz Əsədov


Etiketlər:  Qarabağ məsələsində razılıq əldə olunmayacaq Maqdanın PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ