Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 12:30
Cəbhənin bütün istiqamətlərində sıxışdırılan Ermənistan ordusu öz qüvvələrini cəmləşdirərək genişmiqyaslı hücum əməliyyatı keçirməyə cəhd etmişdi. Bu məqsədlə Füzuli rayonunun Horadiz kəndi hədəf seçilmişdi.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, həmin vaxt düşmənin hazırladığı planlar ürəyindəcə qalmışdı.
Azərbaycan ordusunun düşmənə qarşı uğurlu əməliyyatından Zəfər ordenli Vətən Müharibəsi iştirakçısı Bəxtiyar Mustafayev danışıb. O, "Xəzər TV"də yayımlanan "Qisas qiyamətə qalmadı" sənədli filmində düşmənin texnikalarının vurulmasını belə izah edib: "30-40 dəqiqə ərzində düşmənin 9 texnikası sıradan çıxarılmışdı. Düşmənin sonuncu texnikası vurulan zaman qaçmağa başlamışdılar".