Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın daha bir futbolçusu ''Omoniya''ya qarşı oynamayacaq

''Qarabağ''ın daha bir futbolçusu ''Omoniya''ya qarşı oynamayacaq

Tarix: 29 Sentyabr 2021 16:54

UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Nikosiyada "Omoniya"nın qonağı olacaq "Qarabağ" növbəti itki ilə üzləşib.

Sonxeber.net xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, İsmayıl İbrahimli dünən məşqdə əzələsini dartıb və 23 yaşlı yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də sabahkı görüşdə iştirakı gözlənilmir. "Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay meydana çıxmayacaq.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Etiketlər:  Qarabağın daha futbolçusu Omoniyaya qarşı oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ